Türkiyənin Müdafiə naziri Füzulinin azad olunması münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

Baxış 23
Read Time:38 Second

“Ermənistanın törətdiyi bu vəhşiliyə səssiz qalanları tarix bağışlamayacaq”.

“Sga.az” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığında bildirib.

“Ermənistan yenə körpə, qadın, yaşlı demədən azərbaycanlı qardaşlarımızı qətlə yetirib. Ermənistan müharibə cinayəti törətməklə “atəşkəs”, “müzakirə” çağırışı edənlər isə bu hücumları uzaqdan izləməkdə davam edirlər. Mülki sakinlərə ballastik raketlərlə hücum əmrini verənlər mütləq bunun hesabını verəcək, bu vəhşiliyə səssiz qalanları da tarix əsla bağışlamayacaq.

Ərazi bütövlüyünü qorumaq, öz torpaqlarına qovuşmaq uğrunda mübarizəsində türk qardaşlarımızın yanında olmağa, haqlı davalarında bütün imkanlarımızla onları dəstəkləməyə davam edəcəyik”, – Türkiyənin Müdafiə naziri bildirib.

Füzuli şəhərinin işğaldan azad edilməsi, Ermənistana məxsus “Su-25” qırıcının vurulması münasibəti ilə Azərbaycan Ordusunu təbrik edən H.Akar bütün şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir