Qızıl yenə bahalaşdı

Baxış 2
0 0
Read Time:39 Second

Son günlər “Johnson & Johnson” şirkətinin koronavirus dərmanının sınaqlarını dayandırması barədə xəbərlərin də təsirilə qızıl bu günkü hərraclarda yenə bahalaşıb.

“Sga.az” xəbər verir ki, Bakı vaxtı ilə saat 9.27-də Nyu-Yorkun “Comex” birjasında qızılın noyabr fyüçersləri 0,19 faiz bahalaşaraq 1.898,2 ABŞ dollarından, gümüşün dekabr fyüçersləri isə 0,38 faiz bahalaşaraq 24,21 ABŞ dollarından satılıb.

Xatırladaq ki, ötən gün ABŞ-da iqtisadi dəstək tədbirlərinin təsdiqlənməsinə dair gözləntilərin təsirilə qızıl 1,7 faiz ucuzlaşmışdı. Bu gün isə əks-təsirlə yanaşı, “Johnson Johnson” şirkəti tərəfindən hazırlanmış koronavirus dərmanının sınaqlarını könüllülərdən birində naməlum xəstəlik aşkarlandığı üçün dayandırması xəbərləri də bahalaşmağa təkan verib.

Qeyd edək ki, dünya boyu koronavirusa yoluxmaların artması və adıçəkilən dərmanın sınaqlarının dayandırılması ən etibarlı aktiv kimi tanınan qızılın qiymətlərini artıran amildir.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Total Page Visits: 3 - Today Page Visits: 1

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir