Andranikin qoşunlarının Zəngəzur qəzasına soxulması

Baxış 66
Read Time:4 Minute, 24 Second

1917-ci ildən sonra ermənilər daha güclü silahlanmağa başladılar. Öz milli ideyalarını həyata keçirmək və Azərbaycanlıların maddi rifahını tamamilə dağıtmaq üçün Daşnaksütyun partiyası Azərbaycanlılar arasında toqquşmalar törədirdilər.
Kəndlilər tərəfindən Fərrux bəy Vəzirovun bir neçə malikanəsi dağıdılmışdı. Ermənilər Levon Sergeyeviç Vartapetovu qəza komissarı seçərək tamamilə ermənilərdən ibarət olan milis dəstəsi təşkil etmiş, Şuşa ilə Qaryagin və Şuşa ilə Əsgəran arasında gözətçi məntəqələri yaratmış, Azərbaycanlıları tərk-silah etmişdi. Tədrijən ermənilər Azərbaycanlıların adı göstərilən istiqamətdə yollarını bağladılar. 

Andranikin qoşunları Zəngəzur qəzasına soxulandan sonra Şuşa qəzasında ermənilərin düşmənçilik mövqeyi daha da möhkəmləndi. Andranik Gorusa gələn kimi Qarabağın bütün ermənilərini səfərbərliyə aldığını elan etdi. Bu vaxtdan etibarən Andranikin silahlı əsgərləri Zəngəzur qəzasının Azərbaycanlı kəndlərini məhv etməyə başladılar. Andranik üç dəfə Zabux dərəsi vasitəsilə Şuşaya getməyə jəhd göstərdi. Lakin onun bütün jəhdləri Azərbaycanlılar tərəfindən dəf edildi. Andranik böyük itki verərək Gorusa qayıdır. Şuşa qəzasının ümumi vəziyyətini təsvir edərək onu əlavə etmək lazımdır ki, Şuşa şəhərinin özü və ətrafında yerləşən Azərbaycan kəndləri 175 erməni kəndi tərəfindən əhatəyə alınmışdır. Bax buna görə də içməli sudan, ərzaq məhsullarının gətirilməsindən məhrum olan Azərbaycanlıların vəziyyəti doğrudan da faciəli olmuş, bu vəziyyət səkkiz ay, türklər gələnə qədər davam etmişdir.
Şahidlər göstərirlər ki, Şuşa şəhərinin və kəndlərinin erməniləri Azərbaycan Respublikasının hakimiyyətini tanımaq istəmir, Qarabağı Azərbaycandan ayırıb Ermənistan Respublikasına birləşdirmək istəyirlər. Həmin vaxtda da Qarabağın erməni əhalisi Azərbaycan Respublikasına heç bir vergi vermir, heç bir mükəlləfiyyət yerinə yetirmir, Şuşa qəzasının 1-ci və 2-ci polis məntəqəsində Sokrat Məlik Şahnazarovun və Aranzəminli Kovxa Karapetin erməni dəstələri cinayətlərini davam etdirir. Ağdam, Qaryagin şose yolları bağlanmışdır. Belə ki, Qarakənd erməniləri Azərbaycanlıları yenə güllələməkdə və soymaqda davam edir. Qəzanın 2-ci polis məntəqəsi tam, 1-ci polis məntəqəsi qismən, 3-cü və 4-cü polis məntəqələri bir sıra hallarda dağıdılmışdı.
Şahidlərin ifadələrinə görə 2-ci polis məntəqəsində aşağıdakı cinayətlər baş vermişdir: “1918-ci il dekabrın ortalarında ermənilər Qoqa kəndində 55 Azərbaycanlı evini dağıtmış, mülkədar Cavanşirin malikanəsini yandırmış, ailə başçısı Əsəd ağa Cavanşiri, onun oğlu Sultan ağanı, qızı İyanə bəyimi, qardaşı qızı Fatma bəyimi, qulluqçusu İnci Abış qızını və Vəli Kərbəlayı Ələsgər oğlunu öldürmüş, dərilərini soyub xənjərlə doğramışlar. Onların bütün əmlakı, heyvanları və kənd təsərrüfatı aləti aparılmış, ev və tikililəri yandırılmışdır. Tuğ kəndinin Azərbaycanlılar yaşayan evləri dağıdılmış və Azərbaycanlıları həbs edib onlardan tələb edirlər ki, Ermənistanın hakimiyyətinə tabe olsunlar. Tuğ kəndinin mülkədarı Ağabəy Məlik Aslanovu ermənilər öldürüb və əmlakını qarət etmişlər.
1918-ci ilin payızında ermənilər 33 evdən ibarət olan Salakətin kəndini tamamilə yandırmışlar. Onların əmlakını, mal-qarasını qarət etmişlər”. 1918-ci ilin yayında ermənilər Zarıslı kəndinin 300 iribuynuzlu mal-qarasını aparmışlar. Yenə həmin vaxtı ermənilər Şuşadan Cəbrayıl qəzasına un almağa gedən 12 Azərbaycanlını “Molla Nəsrəddin yolu”nda öldürmüşlər.

1-ci və 3-cü polis məntəqələrində ermənilər aşağıdakı cinayəti törətmişlər: 1918-ci ilin avqustunda Ətyeməzli, Keşməzli, Quzanlı kəndlərindən olan Azərbaycanlıların heyvan və ev əşyalarını qarət etmiş, 240 evlik Gülablı kəndini dağıtmışlar. Mərzili kəndinin sakinlərini məjbur etmişdilər ki, öz evlərini tərk etsinlər.
1918-ci ilin martında erməni dəstələri Sokrat bəy Məlik Şahnəzərovun rəhbərliyi altında Abdal kəndini dağıtmış, kəndin bütün ev əmlakını və mal-qarasını qarət etmişlər. 1982-ci ildə 1918-1920-ci illərdə erməni vəhşiliklərini öz gözü ilə görmüş 95 yaşlı Xankəndi sakini Məcid Həsənov ata-anasının və kənd jamaatının başına gətirilən müsibətləri mənə belə söylədi: “Ermənilər 1918-ci ilin martında Xankənddən 10 km aralıda yerləşən Kosalar kəndinə hücum etdilər. Kosalar 6 kənddən ibarətdir. Düşmənin ilk hədəfi Canhəsən kəndi oldu. Onlar kənddəki qojalardan sakinlərin harada olduğunu soruşur. Məşədi Əbdül kişi arvadı Növrəstə ermənilərlə duz-çörək kəsdiklərini xatırladıb, sakinlərin yerini bilmədiklərini söyləyir. Azğınlaşmış düşmən əvvəl Növrəstənin sağ və sol qolunu, sonra isə Məşədi Əbdüllə birgə başlarını kəsir. Sonra da digər kəndlərə hücum edib qanlı cinayətlər törədir. Vəhşiləşmiş düşmən kəndi belə yandırmaqdan çəkinməmişdir.
1918-ci ilin avqustunda ermənilər Qaradağlı, Xojavənd kəndlərini dağıtmış və yandırmış, həmin kəndlərin adamlarının ev əmlakını və mal-qarasını qarət etmişlər. Ermənilər Xojalı kəndinin Azərbaycanlılarını öz yerlərini tərk etməyə məjbur etmişlər. Göstərilən faktlar ermənilərin törətdikləri zorakılıqları, soyğunçuluğu, hələ tam şəkildə əks etdirmir. Məlum olmuşdur ki, ermənilərin hücumları nətijəsində 100-dən çox Azərbaycanlı öldürülmüş və yaralanmışdır. Lakin bu rəqəm də əsl reallığı əks etdirmir. Çünki Şuşa qəzasında özbaşınalıq hökm sürdüyündən, erməni zorakılığının qurbanı olmuş Azərbaycanlıların sayını dəqiq müəyyənləşdirə bilmədik və bu ayrıja istintaq proseslərində aydınlaşdırılajaqdır.
Şuşa qəzasında Azərbaycan kəndlərinə hücum etmiş ermənilərin və erməni dəstə başçılarının adları şahidlərin verdikləri məlumatlara əsasən müəyyən edilmişdir: Çanaxçı kəndinin sakini Sokrat bəy Məlik Şahnəzərov, Qaybalı kəndinin sakini Akop Verdiyev, Armenak Xaçaturov, Gorus şəhərinin sakini Nikolay Osipov, Damğalı kəndinin sakinləri Amparsum Kyukyuev, Nerses Markasov, Asatur Petrosov, Cambat kəndinin sakinləri Artaşes bəy Ter-Mixaylov, İsbahançı kəndinin sakinləri Arşak Keşişev, Şuşa şəhərinin sakinləri Tiqsan bəy İşxanov, Xosrov bəy, Çiraquz kəndinin sakinləri Aleksan Cavadov, Astan Ayrapetov, Qoğa kəndindən Markar Qriqorov, Ağa bəy Ohajanov, David Ohajanov, Edilli kəndindən Baxşı Naxapetov, Movses Bağırov, Tuğ kəndindən Kosta Akopov, Saka Atayev, Pavel Asriyev, Siqorlu kəndindən Bəylər Usubov, Moqez kəndindən Ağa Prum bəy Şahnazarov, Tuğ kəndindən starşina Arsen Ağajanov, Sergey Bağdasaryan, Sos kəndindən Aruşan Sarkisov və Ağa bəy Poqosyants. Ziyana məruz qalmış mülkədarların və kəndlilərin təqdim etdiyi məlumatlardan və bağlanmış aktlardan məlum olur ki, Şuşa qəzasının Azərbaycanlı əhalisinə 100 milyon manat məbləğində zərər dəymişdir. Azərbaycanın ən varlı vilayətlərindən biri olan Şuşa qəzası o dərəjədə dağıdılmışdı ki, o özünün iqtisadi vəziyyətini uzun müddət bərpa edə bilməmişdir. 
Müəllif: Məmmədova Həvva. “Azərbaycan xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920) kitabından”.Bakı, “Nağıl Evi” nəşriyyatı, 2006

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir