“Aramco”dan Asiya ölkələrinə endirim

Baxış 43
Read Time:32 Second

“Saudi Aramco” dövlət neft şirkəti dekabr ayında ən böyük ixrac bazarları olan Asiya ölkələrindəki müştərilər üçün qiyməti aşağı salıb.

“Sga.az” “Bloomberg”ə istinadən xəbər verir ki, “Arab light” markalı neft adıçəkilən regiona 10 sent ucuz satılacaq.

Ötən ay isə həmin markalı neft 10 sent baha satılıb. Bu addımın səbəbi kimi koronavirusun yeni dalğası nəticəsində xam neftə tələbatın dirçələcəyi ehtimalının azalması göstərilir.

Bununla yanaşı, ABŞ müştəriləri üçün də 20 sentlik endirim tətbiq edən “Aramco” eyni zamanda şimal-qərbi Avropa və Aralıq dənizi regionundan olan alıcılar üçün qiymətləri 1 ABŞ dolları qaldırıb.

Qeyd edək ki, ötən ay “Aramco” ixracının üçdə ikisi qədəri Asiya və ABŞ bazarlarının payına düşüb.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir