“Azəriqaz” “İlin qaz təminatçısı” mükafatına layiq görülüb

Baxış 26
Read Time:37 Second

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “İlin qaz təminatçısı” mükafatına layiq görülüb.

“Sga.az”ın “Azeriqaz”a istinadən verdiyi məlumata görə, mükafat Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunub.

“Caspian Business Award 2020” beynəlxalq mükafatının təqdimetmə mərasimində diplomatik missiyaların nümayəndələri, dövlət qurumlarının, nazirliklərin, “Caspian Energy Club”ın üzv şirkətlərinin rəhbərləri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, ilin yekunlarına görə mükafat COVID-19 pandemiyası dövründə Azərbaycan və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə təqdim olunub. Nominantlar 1 500-dən çox şirkətin yüksək və orta səviyyəli menecerləri arasında keçirilən sorğu əsasında müəyyənləşib.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir