Çin şirkətləri azad edilmiş ərazilərin potensialından faydalanmağa dəvət ediləcək

Baxış 32
Read Time:57 Second

“Uzunmüddətli çiçəklənməni təmin etmək məqsədilə Qarabağda bərpa və tikinti işlərin aparılması üçün Azərbaycanın inşaat və investisiya mənbələrini birləşdirəcək yaxın tərəfdaşlara ehtiyacı var. Çinli investorlar və tikinti şirkətləri, Azərbaycanın azad edilmiş ərazilərinin istifadə olunmamış potensialından faydalanmağa dəvət ediləcək”.

“Sga.az” xarici mətbuata istinadən xəbər verir ki, bunu, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı deyib.

“Xoşbəxtlikdən Azərbaycanla Çin arasında artıq dostluq, çoxölçülü və səmərəli münasibətlər mövcuddur. Hazırda hər iki xalq Dağlıq Qarabağ münaqişəsinin bitməsinin gətirdiyi sülh dividendlərindən dərhal faydalana bilərlər”, – deyə o bildirib.

Səfir qeyd edib ki, onsuz da Azərbaycan Çinin Qafqaz bölgəsindəki ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,2 milyard ABŞ dollara yaxın olub. Biznes və investisiyalar ilbəil artmağa davam edir, Çin investisiyaları isə regionun iqtisadiyyatının canlandırmasını stimullaşdıra bilər. Məsələn, Çinin rəhbərlik etdiyi Asiya İnfrastruktur İnvestisiya Bankı, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutuna paralel olaraq Bakıdan Türkiyəyə təbii qaz nəql edən Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsinə əhəmiyyətli səviyyədə dəstək olub:

“Səylərimizi hər iki ölkəyə fayda verəcək şəkildə ikiqat artırmalıyıq. Dağlıq Qarabağdakı münaqişədən sonra, barış şərtlərinin gətirdiyi fürsətlər aydındır və bunlar yalnız iki xalqa deyil, həmçinin dünyaya fayda gətirəcək. Gəlin anı birlikdə tutaq”.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir