Dünya Bankı 2021-2022-ci illərdə neft qiymətlərində artım proqnozlaşdırır

Baxış 33
Read Time:44 Second

Dünya Bankı (DB) neftin qiymətinin qarşıdakı iki il ərzində artacağını – 2021-ci ildə bir barelin 44 ABŞ dollarına, 2022-ci ildə isə 50 ABŞ dollarına qədər yüksələcəyini gözləyir.

“Sga.az” xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın Rusiya iqtisadiyyatı barədə hesabatında deyilir.

Bankın mütəxəssislərinin fikrincə, qiymət proqnozu üçün əsas risklər pandemiyanın hələ nə qədər davam edəcəyi və ağırlıq dərəcəsi, o cümlədən təhlükəsiz və effektli peyvəndin hazırlanması və yayılması tempidir.

“Xəstəlik səviyyəsinin daha da artması daha sərt özünütəcridə və səyahət məhdudiyyətlərinə gətirib çıxaracaq və bu, digər xammallarla müqayisədə neftə olan tələbata daha çox təsir edəcək. Amma peyvənd hazırda təxmin ediləndən daha sürətli yayılarsa, neft istehlakı 2021-ci ildə daha çox ola bilər”, – bankdan izah ediblər.

Dünya Bankından həmçinin bu pandemiyanın hər halda qlobal neft istehlakına davamlı təsir göstərəcəyi, onun 2021-ci ilin sonuna qədər COVID-19-un yayılmasından əvvəl qeydə alınan tendensiyadan 5 % az olacağının gözlənildiyi vurğulanıb.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir