Dünya Kuboku: Sərbəst güləşçimiz yarımfinala yüksəldi

Baxış 16
Read Time:46 Second

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yüksəlib.

“Sga.az”ın məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı ilk iki görüşündə ardıcıl olaraq Strahinya Despiç (Serbiya) və Alexandro Pankorbonu (İspaniya) məğlub edib. O, finala gedən yolda Georgi Rubayevin (Moldova) müqavimətini qırmağa çalışacaq.

57 kq-dakı İslam Bazarqanov 1/8 finalda Andrey Yatsenkoya (Ukrayna), Camaləddin Məhəmmədov (125 kq) 1/4 finalda Robert Barana (Polşa), Gitinoməhəmməd Hacıyev (70 kq) Haydar Yavuza (Türkiyə) uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə, təsəlliverici görüşdə iştirak edəcəklər.

Qadın güləşçilərdən Alyona Kolesnik (57 kq) təsəlliverici qarşılaşmada Laura Mertensə (Almaniya) qalib gəlib. Kolesnik bu gün bürünc medal uğrunda Veronika Çumikova (Rusiya) ilə güləşəcək. 65 kq-dakı Elis Manolova isə bürünc medal üçün türkiyəli Aslı Demirhanla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir