EIA: ABŞ-da neft emalının həcmi azalır

Baxış 15
Read Time:43 Second

ABŞ-da neft emalı həcmi keçən həftənin yekununda gündəlik 169 min barel, neft emalı zavodlarının istehsal güclərinin istifadəsi isə 1,1 faiz bəndi azalıb.

“Sga.az” xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) bazar ertəsi yayımladığı məlumatlarda deyilir.

Bu arada son iki həftədə ABŞ-da avtomobil yanacağına tələbat artıb. Sahə analitikləri 2021-ci ildə onun daha sabit səviyyəsini proqnozlaşdırırlar, lakin göstərici COVID-19-a qarşı peyvəndlərin mövcudluğu və effektivliyindən asılı olacaq.

EIA-dan bildirilib ki, ötən həftə ərzində xam neft ehtiyatlarının həcmi 562 min barel/gün azalaraq 499,5 milyon barel/günə düşüb. “Reuters”in rəyini soruşduğu analitiklər isə 3,2 milyon barel/gün azalma gözləyirdi.

Daha əvvəl bildirildiyi kimi, oktyabrda ABŞ-da avtomobil trafiki 8,8% azalıb və Nəqliyyat Nazirliyinin məlumatlarına görə, 259 milyard mil (ötən ilin analoji dövrü ilə müqayisədə 25 milyard mil az) təşkil edib.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir