Ermənistanda polis etirazçılara güc tətbiq edib, 34 nəfər saxlanılıb

Baxış 28
Read Time:36 Second

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalif “Vətəni Qurtarma Hərəkatı” bəyan edib ki, Yerevanda keçirilən etiraz aksiyalarında 34 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq bölmələrə aparılıb.

Bu barədə “Sga.az” RİA “Novosti”yə istinadən xəbər verir.

“Polis nümayişçilərə qarşı güc tətbiq edərək onları ərazidən aparıb. 28 vətəndaşın polis məntəqələrinə aparıldığı bildirilsə də, nümayişçilərin sayının 34 olduğunu öyrəndik” deyə, məlumatda qeyd olunub.

Xatırladaq ki, Ermənistanın Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətini görən baş nazir Nikol Paşinyan noyabrın 10-da ölkəsinin kapitulyasiyası, Dağlıq Qarabağda atəşin dayandırılması haqqında bəyanata imza atıb.

Sənədin imzalanmasından sonra Yerevanda kütləvi etirazlar başlayıb. Nümayişçilər hökumət binalarında və baş nazirin iqamətgahında talanları təşkil ediblər. Polis və xüsusi xidmət orqanlarının əməkdaşları etirazçıları qovub, ancaq Ermənistanın böyük şəhərlərində nümayişlər hələ səngimir.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir