Fırıldaqçılar bank hesablarından pul oğurlamaq üçün yeni üsul tapıb

Baxış 5
Read Time:50 Second

Rusiyanın Milli Maliyyə Savadlılığı Mərkəzi fırıldaqçıların ölkə vətəndaşlarının banklardakı kart hesablarından pul oğurlamaq üçün yeni üsul tapdığını müəyyən edib.

“Sga.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mərkəzin mütəxəssisi Natalya Şumakova məlumat verib.

Onun sözlərinə görə, sosial şəbələlərdə Rusiyanın Əmək və Sosial Müdafiə naziri Antom Kotyakov, Rəqəmsal İnkişaf naziri Maqsud Şadeyev, həmçinin Federal Vergi Xidmətinin rəhbəri Danil Yeqorovun çıxışlarından montaj edilmiş bir video peydə olub. Video xəbər yayımı ilə başlayır və “dövlət ödənişləri” barədə təlimatla başa çatır. Şərhlərdə isə fırıldaqçılar bir link yerləşdiriblər. Linkə daxil olduqda istifadəçilərdən şəxsi məlumatlarını və bank kartlarının üstündəki rəqəmləri daxil etmək tələb edilir.

“Bunu etsəniz kart hesabınızdakı puldan məhrum olacaqsınız”, – N.Şumokova qeyd edib.

O, həmçinin əlavə edib ki, sözügedən videoya keçid SMS, messencer və yaxud elektron poçtla gəlir. Bütün bunlar 3-cü tərəfə aid saytlarda reklam şəklində də yayımlana bilər.

Mütəxəssisin sözlərinə görə, fırıldaqçıların qurbanına çevrilməmək üçün sadəcə şübhəli keçidlərdən istifadə etməmək, yalnız dövlət qurumlarının saytlarından istifadə etmək və hər yerdə bank kartı məlumatlarını açıqlamamaq lazımdır.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir