Gələn il dövlət büdcəsində ilk dəfə Orta Müddətli Xərclər Çərçivəsi olacaq

Baxış 35
Read Time:4 Minute, 36 Second

“2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi, bu layihə ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərcləri, dövlət borcu, o cümlədən borca xidmət xərclərinin və büdcə kəsirinin proqnoz göstəricilərinin əsaslılığı və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərlə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir”.

“Sga.az” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun qanun layihəsinə verdiyi rəyi şərh edərkən bildirib.

“Mütərəqqi təcrübə kimi “Proqnoz maliyyə məlumatlarının yoxlanılması” (Əminlik təmin edən məsələlər üzrə beynəlxalq standart – 3 400) standartlarından da istifadə olunub.

Çoxsaylı siyasi və iqtisadi problemlərlə “zəngin” olacağı gözlənilən 2020-ci ilin, onsuz da, mürəkkəb olan mənzərəsinə gözlənilmədən “tibbi çalarların” da əlavə edilməsi 2021-ci ilin dövlət büdcəsinin formalaşması dövrünün beynəlxalq aləmdə əsas xarakteristikasıdır. Bu xarakteristikalar isə mövcud və gözlənilən neqativ meyilləri daha da qabartmış, bu meyillərin trayektoriyalarını daha da kəskinləşdirmişdir. İlk olaraq qeyd edim ki, 2021-ci ilin dövlət büdcəsi güclü və haqlı olan dövlətin büdcəsidir.

Böyük bir fəxrlə demək lazımdır ki, büdcənin layihələndirildiyi dövr Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı, artıq dünya hərb tarixinə düşmüş döyüş əməliyyatları baş verdiyi bir dövr idi. Bu əməliyyatların dövlət maliyyəsinə nəticəsi isə artıq işğaldan azad edilmiş və tam ərazi bütövlüyünü əhatə edən, düşmənin vandalizm aktlarına məruz qalan doğma torpaqlarımızda bərpa-quruculuq işləri ilə bağlı vəsaitlərin də nəzərdə tutulduğu 2021-ci ilin dövlət büdcəsidir. Qısa və lakonik ifadə etsək, 2021-ci ilin büdcəsi Qarabağ torpaqlarına şamil və tətbiq edilən ilk büdcədir.

Dünyanın əksər ölkələrində izlənən mənfi dinamika pandemiya və onun nəticələrinin aradan qaldırılması ilə əlaqədar tətbiq edilən sərt karantin rejiminin nəticəsidir və təbii ki, bu tip tədbirlərin neqativ təsirlərinin Azərbaycan iqtisadiyyatına da transmissiya olunması qaçılmaz idi. Bu baxımdan 2021-ci ilin dövlət büdcəsi makroiqtisadi göstəricilərin sistemində bəzi parametlərin mənfi dinamikası ilə yanaşı, bir sıra parametlərin də müsbət davranışı fonunda layihələndirilib.

“Büdcə sistemi haqqında” qanunu ölkədə büdcə sisteminin quruluşu, tərtibi, layihələndirilməsi, qəbulu və icrası ilə bağlı mərhələləri əhatə edir və bu istiqamətdə tələbləri müəyyənləşdirir. 2021-ci ilin dövlət büdcəsinin layihəsinin tərtibi və strukturu ilə bağlı “Büdcə sistemi haqqında” qanunun müəyyən etdiyi tələb və müddətlər əsasən gözlənilmiş, dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” qanunla müəyyən edilmiş tələblərə, əsasən uyğun olub.

Cari ildə “Büdcə zərfi”nə qanunvericiliyə dəyişikliklər edilmədiyi halda bəzi əlavə məlumatlar daxil edilib. Hesablama Palatası şəffaflıq və faydalılıq baxımından “Büdcə zərfi”ni müsbət qiymətləndirməklə yanaşı, dövlətin maliyyə inzibatçılığının qiymətləndirilməsi üçün istifadə edilən beynəlxalq mütərrəqi təcrübədəki metodologiyaya əsaslanaraq “Büdcə zərfi”nin məlumatlılığının artırılması, şəffaflığın təmin edilməsi istiqamətində atılan addımların davam etdirilməsi vacibliyini qeyd edir.

Parlamentdə müzakirə edilən “Büdcə zərfi” ilə bağlı dünya təcrübəsində əsasən iki şərt irəli sürülür:

hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə zərfin əlçatanlığı təmin edilməli;

büdcə ilə birlikdə təqdim edilən sənədlərin “çeşidi” geniş və ictimai faydalılığı yüksək olmalıdır.

Beynəlxalq təcrübədə tətbiq edilən qabaqcıl nümunələrə əsaslanan metodologiya əsas götürülməklə, “Büdcə zərfi”ndə aparılması məqbul hesab edilən səkkiz istiqamət üzrə zəruri təkmilləşdirmələr barədə təqdim etdiyimiz rəydə əhatəli məlumat verilib.

2021-ci ilin dövlət büdcəsindəki fərqli məqamları, xüsusiyyətləri və özəllikləri iclas iştirakçılarının diqqətinə təqdim etmək istərdim.

2021-ci ilin dövlət büdcəsinin gəlirləri cari ilin müvafiq göstəricisinə nisbətən 5,4% çox olmaqla 25 427 milyon manat məbləğində nəzərdə tutulub, cari illə müqayisədə 6 tədiyə növü üzrə azalma, 13 növ üzrə artım proqnozlaşdırılıb, 1 mənbədən gəlirlər isə sabit saxlanılıb.

Gəlirlərdə yeni mənbələr var: Təminat Fondundan transfer, Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar, “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən dividend.

Bəzi gəlir növləri üzrə cari ilin faktiki göstəriciləri, növbəti ilin münbit makro göstəricilər fonunda əlavə potensialın olması qənaətindəyik və bu barədə rəydə ətraflı məlumat verilib.

2021-ci ilin dövlət büdcəsi Orta müddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiq edildiyi ilk büdcədir. Bu sənəd təbii ki, kəmiyyət göstəriciləri ilə zəngindir. Yeni yanaşma ilkin olaraq 3 sektoru (təhsil, ekologiya və kənd təsərrüfatı) əhatə edir və növbəti ilin dövlət büdcəsində xərclərin proqramlılıq səviyyəsinin yüksəldilməsinə səbəb olan əsas amildir. Təqdim edilmiş rəydə OMXÇ ilə bağlı təhlillər, əsas nəticələr üzrə məlumatlar əks etdirilmişdir. Xərclərin effektivliyi anlayışının tətbiqi orta müddətli maliyyə planlaşmasının, xüsusilə onun bir hissəsi olan nəticəyə əsaslanan büdcə modelini aktuallaşdırıb. OMXÇ-nin tətbiqini dövlət vəsaitlərinin səmərəli və nəticəli istifadəsini təmin edəcək nəticə əsaslı büdcəyə keçidin ilkin mərhələsi kimi qiymətləndirməliyik. Ümumilikdə isə Hesablama Palatası növbəti illərdə bu çərçivə üzrə proqnozlaşdırmada vəsait və nəticə parametrləri arasında sıx əlaqəni, bu çərçivə və strateji hədəflərin mütəmadi olaraq uzlaşdırılmasını təmin edəcək addımların davam etdirilməsi zərurətini qeyd edir. Çıxarılan nəticələrdən biri də budur ki, ölkədə dövlət proqramlarının tərtibi və icrası ilə qaydaların olmasını aktuallaşdırır. Qaydaların olması proqram, tədbir və bu tip sənədlərin hansı formada təqdim edilməsi sualını cavablandıracaq.

Kəsirin maliyyələşdirmə mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar növbəti ildə, əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artımla proqnozlaşdırılmışdır. Nəzərdə tutulan vəsait (111 milyon manat) 2019-cu ilin göstəricisindən 18,5% çox, 2020-ci ilin göstəricisindən 79% çoxdur. Müşahidə edilən artım fonunda 2022-2024-cü illər üçün özəlləşdirmədən daxilolma azalma ilə nəzərdə tutulub.

Növbəti ilin dövlət büdcəsinin fərqli məqamlarından biri də daxili borclanma ilə bağlıdır. Bu fərq artımla xarakterizə olunur. Aydındır ki, ümumilikdə borcun artımı ilə borcla bağlı strategiyanın yenilənməsi labüddür. Diqqətə çatdırım ki, daxili borclanmadan (ölkə daxilində qiymətli kağızların (dövlət istiqrazlarının) yerləşdirilməsindən) daxilolmalar hesabına 2021-ci il dövlət büdcəsi kəsirinin 1 300 milyon manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə 2019-cu ildə daxili və xarici borclanmadan daxilolmalar hesabına 633,5 milyon manat yönəldilib, 2020-ci ilin 10 ayı üzrə müvafiq daxilolmalar üzrə 1 530 milyon. manat məbləğində proqnoza qarşı kəsirin maliyyələşdirilməsinə 83,7 milyon manat məbləğində vəsait dövlət büdcəsinə mədaxil edilib”, – o qeyd edib.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir