Mədəaltı vəzinin orqanizmdə rolu

Baxış 16
Read Time:3 Minute, 8 Second

İnsanların əksəriyyəti bilir ki, mədəaltı vəzi insulin ifraz edir. Lakin bu mədəaltı vəzinin yeganə funksiyası deyil. Hər şey daha mürəkkəbdir.
Mədəaltı vəzi çox mürəkkəb quruluşa malikdir. Mədəaltı vəzi mədənin arxasında yerləşir. Onun ölçüsü orta hesabla 17 sm-dir, çəkisi isə təxminən 80 qr-dır.
Mədəaltı vəzi orqanizmdə 2 növ müxtəlif funksiyaları yerinə yetirir:1. Mədəaltı vəzi xüsusi fermentlər (enzimlər) ifraz edir ki, bu fermentlər həzm sistemində zülalları, yağları və karbohidratları parçalamağa kömək edir. Amilaza fermenti karbohidratların, lipaza — yağların, tripsin — zülalların parçalanmasında iştirak edir. Bu maddələr insan orqanizminə qida ilə mürəkkəb formalarda düşür və bu formalarda orqanizm tərəfindən mənimsənilə bilmir. Lakin fermentlər onları daha sadə elementlərə parçalayır ki, bu elementlər orqanizm tərəfində asan mənimsənilir.

Mədəaltı vəzinin axarı öd axarı ilə birlikdə nazik bağırsağın başlanğıcı olan 12 barmaq bağırsağa açılır.
Müxtəlif səbəblərə görə (düzgün olmayan qidalanma, spirtli içkilərin qəbulu, xroniki stresslər və s.) mədəaltı vəzidə pozulmalar inkişaf edə bilər. Bu zaman vəzinin fəaliyyəti azalır, fermentlər daha az miqdarda ifraz olunmağa başlayır. Bunun nəticəsində insanda qarının yuxarı hissəsində ağrılar, ürəkbulanması, qusma, ishal, nəcisin «yağlı» olması kimi simptomlar meydana çıxır. İştana və fiziki aktivlik azalır, orqanizm qidalı maddələrin çatışmazlığından əziyyət çəkməyə başlayır.
Özünüzdə bu kimi simptomları müşahidə etdikdə mütlə qastroenteroloqa müraciət edin.
2. Mədəaltı vəzi insulin və bir çox digər daha az tanınan hormonları ifraz edir. İnsulin qanda şəkərin səviyyəsini tənzimləyir. Qanda normadan artıq qlyükoza yığıldıqda mədəaltı vəzi insulini ifraz etməyə başlayır ki, bu hormon orqanizmin hüceyrələrinə qlyükozanın çatdırılmasını təmin edir. Əgər mədəaltı vəzinin insulini ifraz edən beta-hüceyrələri dağılmağa başlayarsa, bu insulinin az miqdarlarda ifraz olunmasına səbəb olacaq. Bu halda insanda şəkərli diabet xəstəliyi inkişaf etməyə başlayır.
Əgər siz özünüzdə daim halsızlıq, yorğunluq, yanğı hissi, dərinin qaşınması, sidik ifrazının tezləşməsi, ağızda quruluq, kəskin arıqlama kimi simptomları müşahidə edirsinizsə, mütləq qanda şəkərin səviyyəsini yoxlayın.
İnsulindən əlavə mədəaltı vəzi bir neçə çox vacib hormonlar ifraz edir: qlyükaqon, polipeptid, qrelin və s. Qlyükaqon insulindən fərqli olaraq qanda qlyükozanın səviyyəsini artırır. Qrelin hormonu isə iştahaya cavabdehlik edir. Mədəaltı vəz xəstəlikləri gizli başlayıb, ağrı, stress, diabet və xərçəngə kimi təzahür edir.
Pankreatit kimi tanınan mədəaltı vəz iltihabi xəstəliyinin əsas əlamətlərini və daha çox kimlərdə baş verdiyini təqdim edir.
Əlamətlər:
— Mədənin alt, üst hissəsində, düz mərkəzdə təkrarlanan, ara-sıra dinən, qarına yayılan ağrılar. Ağrı çox zaman kürəyə də yayılır.
— Daha çox yeməkdən sonra ağrı başlayır və bir neçə saat davam edir
— Zamanla bu küt ağrı kəskinləşir, dözülməz olur və dayanmır
— Əgər kəskin pankreatitə səbəb öd daşları olursa, yağlı qızardılmış ağır yeməklərdən sonra 1-3-5 saatlıq ağrılar baş verir
— Əgər çox içki içənlərdə alkoqola bağlı pankreatitdirsə, spirtli içki qəbulundan 5-8 saat sonra ağrı başlayır
— Ürəkbulanma, qusma – kəskin və xroniki pankreatitin yol yoldaşıdır. Yeməkdən sonra artır. İnsan qusanda rahatlayır
— Diareya, ishal – mədəaltı vəz normal ferment ifraz etmədiyi üçün yemək həzm olunmur, sovrulmur, çox qidalar bağırsaqda çürüyür, elə olduğu kimi qalır. Nəcis duru, formalaşmamış, yağlı və həzm olunmamış qidalarla dolu olur. Nəcisdən çox kəskin pis qoxu gəlir
— Yüksək hərarət – qrip olmadan hərarət 38- i keçir. Kəskin pankreatitdə isə titrətmə olur.
— Dəri, selikli qişa, gözün içinin saralması- qana çox miqdarda bilirubin keçdiyi üçün baş verir. Əksər insanlarda pankreatit öd xəstəliyi, öd və axarlarının daşı, iltihabı nəticəsində yaranır. Öd yolları tıxanır, öd mayesi qana qarışır.
— Arıqlama, iştahsızlıq, ağız tamının itməsi
— Xəstəlik çox gec aşkar olunduqda mədəaltı vəz ferment hasilatını azaldır. Yemək demək olar, çox az həll olur və bağırsaqda nəcisə qarışır. Orqanizm lazımi mineral və vitaminlər ala bilmədiyi üçün çəki azalır və artıq çəki almaq çətinləşir.
KİMLƏR RİSK ALTINDADIR?
— Siz hər gün, çox miqdar tünd alkoqol qəbul edirsizsə. Əgər siz bir dəfədə 300 ml pivə, 150 ml çaxır və 100 ml araq içirsizsə, pankreatit olma ehtimalı 55%-dir.
— Siqaret çəkmək – 3 dəfə pankreatit riskini artırır
— Artıq çəki, piylənmə varsa – bu diabetdən tutmuş mədəaltı xərçənginə kimi səbəb ola bilər
— Nəsildə, ailədə pankreatiti olan olub
— Şəkərli diabet xəstələri

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir