Pandemiyanın artması neft bazarında azalmaya təkan verir

Baxış 39
Read Time:45 Second

Koronavirus pandemiyasının güclənməsi ilə bağlı bazarda tələbat artımının uzaq ehtimala çevrilməsi nəticəsində neft ucuzlaşmağa davam edir.

“Sga.az” xəbər verir ki, Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin yanvar fyüçersləri dünən 0,7 faiz ucuzlaşdıqdan sonra bu gün Bakı vaxtı ilə saat 9.15-dək daha 2,64 faiz ucuzlaşaraq 39,85 ABŞ dollarından satılıb. Həmçinin Nyu-York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neftin dekabr fyüçersləri dünən 0,9 faiz ucuzlaşdıqdan sonra bu gün keçirilən hərracda 2,86 faiz da ucuzlaşaraq 37,68 ABŞ dollarından satılıb.

Qeyd edək ki, OPEC+ formatı çərçivəsində yanvarın 1-də nəzərə tutulan hasilat artımının təxirə salınacağına dair gözləntilər nəticəsində bu həftənin əvvəlindən “Brent” markalı neft 11 faiz, “WTI” də 8 faiz bahalaşıb.

Çikaqodakı “Blue Line Futures LLC” mərkəzinin eksperti Fil Ştraybl deyib ki, koronavirus və lokdaunların yaratdığı problemlər prezident seçkilərilə həll olunmur: “Yaxın vaxtlarda neftə tələbatın bərpasını çətin görərik”.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir