Sağ vətəndaşı ölü göstərən nazirlik – ƏƏSMN

Baxış 26
Read Time:1 Minute, 48 Second

Azərbaycanda insanı yaşayarkən öldürən bir nazirlik var.Dəyərli dostlar çox fikirləşməyə dəyməz bu nazirlik məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.Məsələni qısa təfsilatı ilə sizlərə çatdırmağa çalışacam.Məsələnin əsası ondan ibarətdirki,Yevlax rayon sakini Həmidova Rahilə Köçəri qızı sağ ikən öldürürülüb.Sağ ikən öldürmək necə olur onu məndə bilmirəm,ancaq bildiyim bir şey var oda vətəndaşın yaşamasıdır.Vətəndaş sağ olarkən onun öldüyünü bildirən nazirlik isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.Vətəndaşın 3 aydır təqaüdü kəsilib.Rahilə xanımın müraciətinə Dövlət Sosial Müdafiə  Fondunun İdarə Heyətinin sədri  Himalay Qabil oğlunun rəhbərlik etdiyi fond tərəfindən sorğuya cavab verilib ki, vətəndaş siz ölmüsünuz.Jurnalist həmkarımız Sima Babayeva və mən bu işi araşdırdıq.Öncə Sima xanım Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin   müdiri  Fazil Talıbova müraciət edib.Fazil müəllim bildiribki, pul sabah karta ödəniləcək.O sabah bu sabah ortada nə pul var, nədəki icra olunmuş söz var.Hətta bu azmış kimi həmkar jurnalistimizi blok edib.Hər şeyi qoysaq bir kənara haqqı tapdalanmış vətəndaşın şikayətini dilə gətirən xanım jurnalisti blok etmək hörmətsizlikdir.Ola bilsin Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində nələrdənsə qaçmaq üçün bu yeni inkişaf etmiş strategiyadır. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi demişkən gələk həmin şöbənin digər işçisi Sevinc xanıma.Sevinc xanım ilk öncə bildirib ki, bunlar Ədliyyə nazirliyi tərəfindən gəlir bizə ölüm haqqında sənəd.Nə hikmətdirsə həmin sənəd göstərilmir. Zəngə verilən cavablardan belə görünür ki, Sevinc xanım hələ mətbuatın nə demək olduğunu tam təfsilatı ilə bilmir.Sevinc xanımın 2-ci  zəngə cavabı belə olub.Birdə mənə zəng etməyin bu məsələ ilə bağlı.Yaxşı hörmətli Sevinc xanım jurnalist kimlə əlaqə saxlamalıdır?Bundan əlavə sizin vəzifə səlahiyyətləriniz imkan verirmi ki,siz xanım jurnalistlə bu formada danışasınız?Burda əsas olan məhz sizin nazirliyinizin günahkar olmasıdır.Sağ vətəndaşı ölü göstərmisiniz.Bu formada cavab verərək nəyin üstünü ört-basdır etmək istəyirsiniz bu mənə hələdə qaranlıq qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının jurnalistlərlə olan səmimi davranış və münasibətini bu nazirliyin mətbuat işçiləri heçmi  izləmir?Ölkə rəhbərinin jurnalistlərə qarşı olan mehriban və qayğıkeş rəftarından xəbərsizdirlərmi?Hətta xarici jurnalistlərin bəzi yersiz suallarını necə təmkinlə cavab verdiyinidə görmədiniz? Nazirliyin mətbuat qurumunun bundan xəbərləri yoxdursa məsləhətimiz odurki, medianı yaxından izləsinlər.Medianın vəzifəsi vətəndaş şikayətini ictimailəşdirməkdir.Ən əsası bu tam araşdırılmış bir şikayətdir.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir