Serbiyalı qapıçı: “Azərbaycan millisi bizim üçün köhnə tanışdır”

Baxış 72
Read Time:33 Second

“Bizim üçün yaxşı püşk oldu. Portuqaliya, Lüksemburq və İrlandiya köhnə tanışlardır. Azərbaycan millisi barədə də eyni sözləri deyə bilərəm. Əvvəlki seçmə mərhələlərdə bu yığmalarla qarşılaşmışıq”.

“Sga.az”ın məlumatına görə, bu fikirləri Serbiya millisinin oyunçusu Marko Dmitroviç “novosti.rs” saytına açıqlamasında DÇ-2022-nin püşkünü dəyərləndirərkən deyib.

28 yaşlı qapıçı qrupdakı rəqiblərin münasib olduğunu bildirib: “Digər qruplara baxanda, bizdəki vəziyyətin pis olmadığını görmək olar. Buna görə də püşkdən razıyam”.

İspaniya “Eybar”ında çıxış edən qolkiper Potuqaliyanın favorit olduğunu etiraf edib: “Amma qrupda istənilən komandanı məğlub etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bununla belə reallıqdan qaçmaq olmaz. Portuqaliya hörmətəlayiq komandadır”.

Qeyd edək ki, seçmə mərhələnin oyunlarına 2021-ci ilin martında start veriləcək.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Previous post Azərbaycanda tikinti materiallarının istehsalı 25 %-dək artıb
Next post Reza Deqati: “Ağdam XXI əsrin Hirosimasıdır”

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir