Tibb elmləri doktorundan çağırış: “Qaydalara əməl olunmazsa, karantin daha da sərtləşdirilə bilər”

Baxış 13
Read Time:2 Minute, 31 Second

Dünya ölkələrində COVID-19 pandemiyasının geniş yayılması, koronavirus infeksiyasına yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. Artıq bir çox ölkələr xüsusi karantin rejimləri tətbiq edir, qaydaları sərtləşdirirlər. Azərbaycan dövləti koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu gün yaradılmış tibbi infrastruktur, ölkəmizin potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə və vəziyyəti nəzarətdə saxlamağa tam şərait yaradır. Amma görünən odur ki, virus artmaqda davam edir. Buna görə də ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib. İnfeksiyanın geniş yayıldığı Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində tətbiq olunan yeni qaydalar ölkəmizdə sanitar-epidemioloji vəziyyəti sabitləşdirmək, xəstəliyin digər ərazilərdə yayılmasını mümkün qədər məhdudlaşdırmaq məqsədi daşıyır.

Operativ Qərargahın tətbiq etdiyi yeni qaydaları “Sga.az”a şərh edən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, infeksiyanın yayılma sürəti yeni qaydaların tətbiq edilməsi zərurətini meydana çıxarır:

“Hazırda dünyada pandemiyanın geniş yayılması, koronavirus infeksiyasına yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. Virusun artma təhlükəsi ehtimal olunduğundan hələ yay aylarında tətbiq edilən qaydalara insanların ciddi riayət etməsinin zəruriliyi ilə bağlı xəbərdarlıq edilmişdi. Hazırda bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da virusa yoluxanların sayı durmadan artır, sanitar-epidemoloji vəziyyət çətinləşir. Buna görə də infeksiyanın yayılma sürəti yeni qaydaların tətbiq edilməsinə gətirib çıxarır. Düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 6-da verdiyi qərarlar məqsədəuyğundur. Hesab edirəm ki, hətta ölkə üzrə sərt karantin rejiminin tətbiq edilməsinə zərurət yaranıb. Fikrimcə, ən azı 2-3 həftəlik bütün ölkə üzrə sərt karantin rejimi tətbiq etmək lazımdır. Şəhər və rayonlararası, eyni zamanda kəndlərarası gəliş-gediş məhdudlaşdırılmalı, ictimai nəqliyyatın fəaliyyəti dayandırılmalı, kafe və restoranlar, digər iaşə obyektləri bağlanmalıdır. Həmçinin ölkə üzrə artıq distant təhsilə keçirilməsi, yeni qaydaların tətbiq edilməsi və tətbiq edilən qaydalara bütünlüklə riayət olunması virusun yayılma sürətinin azalmasına ciddi təsir edəcək”.

Tibb elmləri doktoru deyib ki, hələ virusun yayıldığı ilk vaxtlardan sonra tətbiq edilən karantin qaydaları ilə bağlı təcrübələr COVID-19-la mübarizədə yeni imkanlar yaradıb:

“Hələ virusun yayıldığı ilk vaxtlarda dünyada və eləcə də müəyyən formada ölkəmizdə tətbiq edilən sərt karantin qaydalarından sonra virusa qarşı daha effektli mübarizə üsulu bizlərə aydın olub. Hazırda dünya ölkələrində mərhələli şəkildə sərt karantin rejimləri tətbiq edilir. Əgər bu rejimlər çərçivəsində Azərbaycanda deyilənlərə əməl olunmazsa virusa yoluxanlarla yanaşı ölüm saylarında da kəskin artım olacaq. Buna görə də virusdan qorunmaq üçün yalnız tətbiq edilən qaydalara riayət etməklə yanaşı zərurət olmadan evdən çıxmaq, yaşayış yerini tərk olmaz. Gündəlik insanlarla ünsiyyəti və qapalı şəraitdə görüşlərin sayını minimuma endirmək lazımdır. İstər qapalı şəraitdə, istərsə də açıq havada mütləq formada maska taxılmalı, məsafə saxlanılmalıdır. Bütün bunlarla bərabər vətəndaşlarımız hazırda cəbhədə davam edən döyüşləri nəzərə almalıdırlar. Çünki biz özümüzü və ailəmizi virusdan qorumaq üçün tətbiq edilən qaydalara riayət etdikcə, həm də cəbhədə döyüşən əsgər və zabitlərimizi düşünmüş oluruq. Biz əgər qaydalara riayət etməyib virusun yayılmasına imkan yaratsaq, o zaman hərbçilərimizin də sağlamlıqlarını təhlükə altına atmış oluruq”.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir