UEFA prezidenti: “Çempionlar Liqasında bəzi yeniliklər etmək istəyirik”

Baxış 68
Read Time:46 Second

2021-ci ildə Türkiyənin İstanbul şəhərində oynanılacaq Çempionlar Liqasının final matçı azarkeşlərin iştirakı ilə keçirilə bilər.

“Sga.az”ın məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin “24.ur” saytına müsahibəsində deyib.

Sloveniyalı funksioner bütün hazırlıqların bu plana uyğun görüləcəyini bildirib: “2020-ci il çox çətin keçdi. Buna baxmayaraq, bu il 1200-dən çox futbol matçı problemsiz baş tutdu. Ümid edirəm ki, 2021-ci il daha yaxşı olacaq və İstanbuldakı finala azarkeşlər stadionda canlı baxa biləcəklər”.

Çeferin 2024-cü ilədək Çempionlar Liqasında format dəyişikliyinin olmayacağını vurğulayıb: “Həftəsonları oynamağı düşünmürük. Çünki yerli çempionatların dəyərini qorumaq istəyirik. Amma bəzi yeniliklər üzərində müzakirə aparırıq. Hər şeyi özündə birləşdirən maraqlı sistem olmalıdır”.

Avropa Super Liqasının yaradılması ideyasını növbəti dəfə tənqid edən UEFA prezidenti bunun yolverilməz olduğunu söyləyib: “Bu layihə uzun müddətdi İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peresin xəyallarını bəzəyir. Amma “Barselona”da prezidentliyə 2 namizəd, Almaniya “Bavariya”sının rəhbərliyi və bəzi İngiltərə klubları buna qarşı çıxırlar”.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Previous post Azərbaycan 11 ayda 272 milyon dollarlıq neft məhsulları ixrac edib
Next post Bu şəxslərin kompüter tomoqrafiyası müayinəsindən keçirilməsi təhlükəlidir

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir